CV-nin Hazırlanması və Qiymətləndirilməsi
Sıfırdan peşəkar CV hazırlayırıq və ya mövcud CV-ni səninlə birlikdə gücləndiririk.
Məqsəd: CV-ni həm ATS sistemlərindən keçə bilən, həm də işəgötürəni
“bu namizədlə görüşməliyik” dedirdəcək formada hazırlamaq.
Karyera yolunun başlanğıcındasan.
Özünü ifadə edəcək çox şeyin olmadığını düşünürsən, ya da iş təcrübən azdır?
Əmin ol, CV-də parlayacaq məzmun tapmaq düşündüyündən daha asandır.
Birlikdə işləməyimizin səbəbi də budur: bizim ixtisasımız sənin potensialını üzə çıxarmaqdır.
Unutma: CV canlı bir sənəddir.
Əvvəlcə hər şeyi əhatə edən, əsas bir CV hazırlayırıq. Amma sonra, hər müraciət etdiyin vakansiyaya uyğun olaraq CV-ni işəgötürənin dilinə və gözləntilərinə uyğunlaşdırmaq lazımdır.
Fərq edilməyin yolu buradan keçir.
.FƏRDİ
.DƏRİN
.STATEJİ
Məqsədlərin, güclü tərəflərin və təcrübələrin əsasında fərq yaradan bir CV hazırlayırıq.
Bu prosesdə birlikdə işləyirik — öyrənirik, tətbiq edirik və konkret nəticələr əldə edirik.
Məqsədimiz: mövcud CV-ni peşəkar, diqqətçəkən və strateji bir quruluşa və görünüşə çevirməkdir.
QRUP.
MAARİFLƏNDİRİCİ.
NƏTİCƏYÖNÜMLÜ.
Sənin kimi gənc peşəkarlarla birlikdə öz CV-ni gücləndirəcəksən. Çünki bəzən öz CV-nə kənardan baxmaq çətindir. Birlikdə işləyəndə, sənin görmədiyini başqaları görür. Fikirlər yaranır, baxışın genişlənir. Bu sadəcə CV redaktəsi deyil — fərqindalik yaradan təcrübədir.

Mərhələ 01
İlkin Hazırlıq
və Təhlil
-
Mövcud CV-ni göndərirsən.
-
Qısa forma vasitəsilə məqsədlərini və ehtiyaclarını paylaşırıq.
-
CV-ni detallı şəkildə analiz edirik.
-
İlk görüşə qədər ilkin rəyimizi hazırlayırıq.
Mərhələ 02
İlk Görüş
-
60 dəqiqəlik (fərdi) / 3 saatlik (qrup) onlayn görüşdə CV-nin güclü tərəflərini və boşluqlarını müzakirə edirik.
-
Lazım gəldikdə yeni bölmələr (məsələn: təcrübə, layihə, nəşr) üçün birlikdə plan qururuq.
-
Görüşün sonunda müzakirə olunan məqamların xülasəsini sənə yazılı şəkildə təqdim edirik.
Tətbiq və
Gündəlik Dəstək
Mərhələ 03
-
Tövsiyələri tətbiq etmək üçün 5 günün var.
-
Bu müddətdə sabit bir saatda 15 dəqiqəlik qısa görüşlər planlaşdıra bilərsən.
-
Məqsəd: öyrəndiklərini dərhal tətbiq edərək CV-ni tamamlamaqdır.
-
Yenilənmiş CV-ni göndərirsən.
Mərhələ 04
Son Görüş
və Düzəlişlər
-
60 dəqiqəlik wrap-up sessiyasında son düzəlişləri birlikdə edirik.
-
CV-nin final versiyasını formalaşdırırıq.
-
Geri bildirimlərə əsasən son toxunuşlar edilir.
-
CV iki formatda hazırlanır:
– Word (ATS uyğun)
– PDF (peşəkar və sadə dizayn) -
Dil, struktur, oxunaqlılıq və vizual balans optimallaşdırılır.
-
Nəticə: tam istifadəyə hazır CV.
Müddət: 7 gün
Zaman Planı: 2 onlayn görüş + gündəlik dəstək
Qiymət: ₼
Format: Onlayn
Biz sadəcə sənin CV-ni redaktə etmirik — səni fərqləndirəcək səviyyəyə gətiririk.
Formatını seç və birlikdə başlayaq.
