Təklif və Maaş
Görüşmələri Strategiyası
DƏYƏR.İFADƏ.TARAZLIQ.
Bu, sadəcə maaş danışığı deyil — dəyərini doğru ifadə etmə sənətidir.
Sənin üçün gələn təklifləri birlikdə analiz edirik, ən uyğun strategiyanı qururuq.
Məqsəd: haqq etdiyin dəyəri inamla, peşəkar və taraz şəkildə ifadə edə bilməyindir.

Mərhələ 01
İlkin Hazırlıq
-
Gələn təklifi (və ya gözlədiyin vəzifəni) paylaşırıq.
-
Qısa formada gözləntilərini, prioritetlərini və narahatlıqlarını qeyd edirsən.
Mərhələ 02
Analiz
-
Təklifin detalları və sektor ortalamaları üzərindən analiz aparırıq.
-
Sənin üçün “dəyərini ifadə etmə strategiyası” hazırlayırıq.
İlk Görüş:
Rol Oyunu və Strategiya
Mərhələ 03
-
60 dəqiqəlik onlayn sessiyada maaş görüşməsi ssenarilərini sınağını keçiririk.
-
Nə deyəcəyini, necə deyəcəyini və hansı təəssüratı yaradacağını birlikdə işləyirik.
-
Görüşün sonunda güclü və inkişaf etdirilə bilən tərəflərinlə bağlı qısa yazılı rəy təqdim edirik.
Mərhələ 04
Tətbiq və
Mini Check-In
-
Təklif olunan strategiyanı tətbiq edirsən; 15 dəqiqəlik mini sessiyalar planlaşdırırıq.
-
Yeni təklif və ya geribildirim gəldikdə onu birlikdə qiymətləndiririk.
Mərhələ 05
Final Görüş və
Wrap-Up
-
60 dəqiqəlik yekun sessiyada müzakirə mesajlarını və e-poçt cavablarını birlikdə formalaşdırırıq.
-
Sənin üçün xüsusi “Təklif Görüşməsi Xülasəsi” sənədini təqdim edirik.
Müddət: 7 gün
Qiymət: ₼
Format: Onlayn
Özünü dəyərinlə ifadə etməyi öyrən.
Çünki maaş söhbəti stres deyil — fürsətdir.
