
Təhsilini xaricdə almaq istəyirsən?
Türkiyənin
öz sahəsində yeganə innovativ təhsil
dəstəyi modeli artıq Azərbaycanda!
3G Vakfı ilə birlikdə Azərbaycana yeni bir təhsil dəstəyi modeli gətiririk.
Güclü müraciət portfoliolarından və motivasiya məktublarından tutmuş beynəlxalq müsahibələrə hazırlığa qədər gənclərin hər fürsətə hazır olmasını təmin edirik.
Bu sadəcə istiqamətləndirmə deyil – bu, özünəinamı açmaq, qlobal baxış qazanmaq və gələcək bacarıqları inkişaf etdirməkdir.
SƏNƏ ÖZƏL
şəxsi karyera yolunu birlikdə qururuq

Sənin potensialını üzə çıxarıb, qarşıdakı imkanlara açılan qapını sənə göstəririk.
İstər universitet, istər peşə təhsili, istərsə də ilk işin olsun – həyatında ən düzgün qərarı verməyin üçün hər zaman yanında olacağıq.
Təhsil yolçuluğun burada başlayır.
bacarığ
xəritəsi

Analizlərimizlə təkcə nədə yaxşı olduğunu deyil, həm də nədən dərin bir zövq aldığını ortaya çıxarırıq.
Maraqların, bacarıqların və şəxsiyyət xüsusiyyətlərinlə birləşən bu unikal profil, səni fərqləndirəcək karyera yolunu tapmağına imkan yaradacaq.
prosesləri idarə
edirik

Sual işarələrinə son ver – sənin yol xəritəndə hər addımda yanındayıq:
-
sənə ən uyğun universitet və ixtisas seçimləri
-
peşə təhsili və staj fürsətləri
-
gələcəyini formalaşdıracaq uzun müddətli hədəflər (elm, iş dünyası, sahibkarlıq)
hər
addımında yanında
oluruq

Arxanda güclü və peşəkar bir komanda var. Karyera strateqlərimiz prosesi daim izləyir, strategiyanı təsdiqləyir və doğru istiqamətdə irəliləməyini təmin edir.
Onlar sənin səssiz, amma güclü yol göstəricilərindir.
Bəs bunu necə edirik?

Biz səndən və səninlə başlayırıq.
Hər şey sənin ehtiyaclarına, potensialına və gözləntilərinə uyğunlaşdırılır.
İlk Görüş
Əvvəlcə sənin və valideynlərinin iştirakı ilə bir başlanğıc görüşü edirik. Burada məqsədimiz səni tanımaq və ilk addımları birlikdə müəyyənləşdirməkdir.
Bacarıqlarının Qiymətləndirilməsi
Daha sonra bacarıqlarının qiymətləndirilməsini aparırıq ki, gözləntilərinə real şəkildə ən uyğun yolları müəyyənləşdirək. Bu mərhələdə real imkanları görürük və sənin güclü tərəflərinə fokuslanırıq.
Seçimlər +
Karyera Planı
Bundan sonra sənin və valideynlərinlə yenidən görüşürük, seçimləri birlikdə nəzərdən keçiririk və karyera planını birgə hazırlayırıq.
Buradan etibarən yol sənin, seçimlər sənin.
Müraciət prosesində addım-addım dəstək, seçdiyin istiqamətin tələblərinə xüsusi hazırlıq və ya bacarıqlarını gücləndirəcək fərdi addımlar – nəyə ehtiyacın varsa, onu birlikdə edirik.
Sənin yolun üç səviyyədə dəstəklənir

-
Akademik Heyət inkişafını izləyir, qiymətləndirir və geribildirim verir.
-
Gouvernant əsas əlaqə və koordinator rolunu oynayır, valideynlər, universitetlər və bütün təşkilati məsələlərlə məşğul olur.
-
Bacarıq Memarı səninlə 1-ə-1 işləyir, potensialına və gələcəyinə fokuslanır.
Bizimlə sən yalnız gələcəyini planlaşdırmırsan, onu formalaşdırırsan.
Universitetlərin və əmək bazarının axtardığı
portfolio
yaratmağın üçün səni
beynəlxalq proqramlara,
layihələrə,
müsabiqələrə,
təcrübə imkanlarına və
elmi araşdırmalara
daxil edirik.

Və sənə hər mərhələdə istedad memarlarımızla dəstək oluruq.




Universitetlərin Tələbləri
ABŞ
EU

