Motivasiya Məktubunun Hazırlanması
QISA.TƏSİRLİ.REAL.
Səni sadəcə təsvir edən deyil, müsahibə qapısını açan güclü motivasiya məktubları hazırlayırıq.
Məqsəd: işə qəbul mütəxəssisinin diqqətini ilk abzasda cəlb edən, niyə məhz səni seçməli olduqlarını aydın izah edən məktub hazırlamaq.

Mərhələ 01
Hazırlıq
(Görüşdən 2 gün əvvəl)
-
Mövcud CV-ni və hədəflədiyin vəzifəni paylaşırsan
-
Qısa formada məqsədlərini, güclü tərəflərini və motivasiyanı qeyd edirsən.
Mərhələ 02
Onlayn İş Prosesi
-
Birlikdə məktubun strategiyasını müəyyənləşdiririk: hansı tonu, vurğunu və nümunələri istifadə edəcəyik.
-
Məktubun ilkin versiyasını birlikdə hazırlayırıq və ya mövcud variantı yeniləyirik.
-
Artıq ifadələri təmizləməklə, səni sadə, amma güclü dildə təqdim edirik.
-
Dəyişiklikləri dərhal yerində edirik.
Mərhələ 03
Taslaqın Göndərilməsi
(1 gün sonra)
-
Dil, ton və struktur baxımından CV-nin üslubuna tam uyğunluq təmin edilir.
-
PDF və Word formatında iki versiya hazırlanır:
– Korporativ müraciətlər üçün klassik versiya
– Yaradıcılıq sahələri üçün müasir (istəyə əsasən) -
Bir gün ərzində redaktə olunmuş ilkin taslaq sənə göndərilir.
-
Sən baxırsan və son dəyişiklik istəklərini bildirirsən.
Müddət: Ümumilikdə 3 saatlıq fərdi iş + 1 günlük baxış/düzəliş prosesi
Qiymət: ₼
Format: Onlayn
“CV tamam, bəs niyə mən?” sualına güclü bir cavabın olsun.
Səni sadəcə oxumasınlar — səninlə tanış olmaq ist əsinlər.
