top of page

CV-nin Hazırlanması, Qiymətləndirilməsi və
LinkedIn Profilinin Uyğunlaşdırılması

Sıfırdan peşəkar CV hazırlayırıq və ya mövcud CV-ni səninlə birlikdə gücləndiririk.

​Məqsəd: CV-ni həm ATS sistemlərindən keçə bilən,  həm də işəgötürəni

“bu namizədlə görüşməliyik” dedirdəcək formada hazırlamaq.

Karyera yolunun başlanğıcındasan.

​Özünü ifadə edəcək çox şeyin olmadığını düşünürsən, ya da iş təcrübən azdır?

Əmin ol, CV-də parlayacaq məzmun tapmaq düşündüyündən daha asandır.

Birlikdə işləməyimizin səbəbi də budur: bizim ixtisasımız sənin potensialını üzə çıxarmaqdır.

Unutma: CV canlı bir sənəddir.

Əvvəlcə hər şeyi əhatə edən, əsas bir CV hazırlayırıq. Amma sonra, hər müraciət etdiyin vakansiyaya uyğun olaraq CV-ni işəgötürənin dilinə və gözləntilərinə uyğunlaşdırmaq lazımdır.

Fərq edilməyin yolu buradan keçir.

FƏRDİ.DƏRİN.STRATEJİ.

Məqsədlərin, güclü tərəflərin və təcrübələrin əsasında fərq yaradan bir CV hazırlayırıq.
Bu prosesdə birlikdə işləyirik — öyrənirik, tətbiq edirik və konkret nəticələr əldə edirik.
Məqsədimiz: mövcud CV-ni peşəkar, diqqətçəkən və strateji bir quruluşa və görünüşə çevirməkdir.

Mərhələ 01

İlkin Hazırlıq
v
ə Təhlil

  • Mövcud CV-ni göndərirsən.

  • Qısa forma vasitəsilə məqsədlərini və ehtiyaclarını paylaşırıq.

  • CV-ni detallı şəkildə analiz edirik.

  • İlk görüşə qədər ilkin rəyimizi hazırlayırıq.

Mərhələ 02

İlk Görüş

  • 60 dəqiqəlik onlayn görüşdə CV-nin güclü tərəflərini və boşluqlarını müzakirə edirik.

  • Lazım gəldikdə yeni bölmələr (məsələn: təcrübə, layihə, nəşr) üçün birlikdə plan qururuq.

  • Görüşün sonunda müzakirə olunan məqamların xülasəsini sənə yazılı şəkildə təqdim edirik.

Tətbiq və 
Gündəlik Dəstək

Mərhələ 03

  • Tövsiyələri tətbiq etmək üçün 5 günün var.

  • Bu müddətdə sabit bir saatda 15 dəqiqəlik qısa görüşlər planlaşdıra bilərsən.

  • Məqsəd: öyrəndiklərini dərhal tətbiq edərək CV-ni tamamlamaqdır.

  • ​Yenilənmiş CV-ni göndərirsən.

Mərhələ 04

Son Görüş
və Düzəlişlər

  • 60 dəqiqəlik wrap-up sessiyasında son düzəlişləri birlikdə edirik.

  • CV-nin final versiyasını formalaşdırırıq.

  • Geri bildirimlərə əsasən son toxunuşlar edilir.

  • CV iki formatda hazırlanır:
    – Word (ATS uyğun)
    – PDF (peşəkar və sadə dizayn)

  • Dil, struktur, oxunaqlılıq və vizual balans optimallaşdırılır.

  • Nəticə: tam istifadəyə hazır CV.

Mərhələ 05

LinkedIn
Profilinin
Uyğunlaşdırılması

  • CV-nin final versiyasına əsaslanaraq LinkedIn profilini eyni xəttdə optimallaşdırırıq.

  • Başlıq, “About” bölməsi, təcrübə və bacarıqlar hissələri CV ilə uyğunlaşdırırıq.

  • Beləliklə, online görünüşün və təqdimatın bir-birini tamamlayır.

Müddət:              7 gün
Zaman Planı:     2 onlayn görüş + gündəlik dəstək + LinkedIn
Qiymət:               ₼
Format:               Onlayn

Biz sadəcə sənin CV-ni redaktə etmirik — səni fərqləndirəcək səviyyəyə gətiririk.
Formatını seç və birlikdə başlayaq.

bottom of page