CV-nin Hazırlanması, Qiymətləndirilməsi və
LinkedIn Profilinin Uyğunlaşdırılması
Sıfırdan peşəkar CV hazırlayırıq və ya mövcud CV-ni səninlə birlikdə gücləndiririk.
Məqsəd: CV-ni həm ATS sistemlərindən keçə bilən, həm də işəgötürəni
“bu namizədlə görüşməliyik” dedirdəcək formada hazırlamaq.
Karyera yolunun başlanğıcındasan.
Özünü ifadə edəcək çox şeyin olmadığını düşünürsən, ya da iş təcrübən azdır?
Əmin ol, CV-də parlayacaq məzmun tapmaq düşündüyündən daha asandır.
Birlikdə işləməyimizin səbəbi də budur: bizim ixtisasımız sənin potensialını üzə çıxarmaqdır.
Unutma: CV canlı bir sənəddir.
Əvvəlcə hər şeyi əhatə edən, əsas bir CV hazırlayırıq. Amma sonra, hər müraciət etdiyin vakansiyaya uyğun olaraq CV-ni işəgötürənin dilinə və gözləntilərinə uyğunlaşdırmaq lazımdır.
Fərq edilməyin yolu buradan keçir.
FƏRDİ.DƏRİN.STRATEJİ.
Məqsədlərin, güclü tərəflərin və təcrübələrin əsasında fərq yaradan bir CV hazırlayırıq.
Bu prosesdə birlikdə işləyirik — öyrənirik, tətbiq edirik və konkret nəticələr əldə edirik.
Məqsədimiz: mövcud CV-ni peşəkar, diqqətçəkən və strateji bir quruluşa və görünüşə çevirməkdir.

Mərhələ 01
İlkin Hazırlıq
və Təhlil
-
Mövcud CV-ni göndərirsən.
-
Qısa forma vasitəsilə məqsədlərini və ehtiyaclarını paylaşırıq.
-
CV-ni detallı şəkildə analiz edirik.
-
İlk görüşə qədər ilkin rəyimizi hazırlayırıq.
Mərhələ 02
İlk Görüş
-
60 dəqiqəlik onlayn görüşdə CV-nin güclü tərəflərini və boşluqlarını müzakirə edirik.
-
Lazım gəldikdə yeni bölmələr (məsələn: təcrübə, layihə, nəşr) üçün birlikdə plan qururuq.
-
Görüşün sonunda müzakirə olunan məqamların xülasəsini sənə yazılı şəkildə təqdim edirik.
Tətbiq və
Gündəlik Dəstək
Mərhələ 03
-
Tövsiyələri tətbiq etmək üçün 5 günün var.
-
Bu müddətdə sabit bir saatda 15 dəqiqəlik qısa görüşlər planlaşdıra bilərsən.
-
Məqsəd: öyrəndiklərini dərhal tətbiq edərək CV-ni tamamlamaqdır.
-
Yenilənmiş CV-ni göndərirsən.
Mərhələ 04
Son Görüş
və Düzəlişlər
-
60 dəqiqəlik wrap-up sessiyasında son düzəlişləri birlikdə edirik.
-
CV-nin final versiyasını formalaşdırırıq.
-
Geri bildirimlərə əsasən son toxunuşlar edilir.
-
CV iki formatda hazırlanır:
– Word (ATS uyğun)
– PDF (peşəkar və sadə dizayn) -
Dil, struktur, oxunaqlılıq və vizual balans optimallaşdırılır.
-
Nəticə: tam istifadəyə hazır CV.
Mərhələ 05
LinkedIn
Profilinin
Uyğunlaşdırılması
-
CV-nin final versiyasına əsaslanaraq LinkedIn profilini eyni xəttdə optimallaşdırırıq.
-
Başlıq, “About” bölməsi, təcrübə və bacarıqlar hissələri CV ilə uyğunlaşdırırıq.
-
Beləliklə, online görünüşün və təqdimatın bir-birini tamamlayır.
Müddət: 7 gün
Zaman Planı: 2 onlayn görüş + gündəlik dəstək + LinkedIn
Qiymət: ₼
Format: Onlayn
Biz sadəcə sənin CV-ni redaktə etmirik — səni fərqləndirəcək səviyyəyə gətiririk.
Formatını seç və birlikdə başlayaq.
